1991-ci ildə Azərbaycan Respublikası dövlət müstəqilliyini ikinci dəfə bərpa etdikdən sonra poçt sahəsində də beynəlxalq münasibətlər qurulmağa başladı. Beləliklə, Azərbaycan poçtu dünya poçtuna inteqrasiya yolunda öz uğurlu addımlarını atdı və hazırda da atmaqdadır. Bu gün “Azərpoçt” MMC dünyanın demək olar ki, bütün ölkələri ilə birbaşa və ya tranzit yolla beynəlxalq poçt mübadiləsinin həyata keçirilməsinə nail olub. Azərbaycan Respublikasının yeganə milli poçt operatoru olan “Azərpoçt” bir çox beynəlxalq təşkilatlarla əlaqələr qurur, beynəlxalq tədbirlərdə üzv və ya müşahidəçi kimi fəal iştirak edir.

Azərbaycanda bütün sahələrdə olduğu kimi rabitənin inkişafında da ümumilli liderimiz Heydər Əliyevin danılmaz xidmətləri mövcuddur. 1993-cü ildə respublikanın Prezidenti seçilən Heydər Əliyevin bilavasitə diqqəti və qayğısı sayəsində rabitənin inkişafında II mərhələ başlayıb.Ölkə rəhbərinin siyasəti nəticəsində tədricən bərqərar olan sabitlik şəraitində respublikaya xarici investorlar cəlb olunub, poçt və rabitə sahəsinin inkişafının bünövrəsi də məhz bundan sonra qoyulub.
1993-cü ilin aprel ayında Azərbaycan Ümumdünya Poçt İttifaqının (ÜPİ) üzvlüyünə qəbul olundu. Bu hadisə respublikanın poçt sahəsi üzrə fəaliyyətinin genişlənməsinə böyük imkanlar yaratdı. Bundan başqa, Azərbaycan poçt administrasiyası 1991-ci ilin dekabr ayında Rabitə sahəsində Regional Əməkdaşlıq təşkilatına (RRƏT), 1992-ci ilin noyabr ayında İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT), 2001-ci ilin yanvar ayında Poçt və Telekommunikasiya Administrasiyalarının Avropa Konfransı təşkilatına (CEPT), 2001-ci ilin iyun ayında Avrasiya təşkilatına qoşularaq bu qurumların işinə öz töhfəsini verdi.
2004-cü ilin fevral ayında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) yaradıldıqdan sonra beynəlxalq sahədə poçtun fəaliyyəti daha geniş vüsət aldı. Respublikamız müstəqillik əldə etdikdən sonra Azərbaycan poçtunun nümayəndələri Rumıniyanın Buxarest şəhərində keçirilmiş ÜPİ-nin 23-cü Konqresində ilk dəfə olaraq iştirak etdilər və orada böyük nəticələr əldə olundu. Bunlara misal olaraq qanunsuz poçt markalarının buraxılmasına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, Azərbaycanın ÜPİ-nin ali qanunverici orqanlarından biri olan Administrativ Şuraya üzv seçilməsini göstərmək olar.