Tərəfdaşlar
“Azərpoçt” MMC 2023-cü ildən etibarən Azərbaycan Banklar Assosiasiyasının (ABA) üzvüdür.
2010-cu ilin 16 aprel tarixində “Azərpoçt” MMC-yə maliyyə xidmətlərinin həyata keçirilməsi üçün xüsusi razılıq (lisenziya) verilib. Bu lisenziya əsasında respublikanın regionlarında əhalinin maliyyə xidmətlərinə sərbəst çıxış imkanı yaradılıb, yeni xidmətlərin göstərilməsi hesabına xidmət çeşidi artırılıb, yerli və beynəlxalq poçt və maliyyə qurumları ilə inteqrasiya gücləndirilib
Belə ki, poçt şöbələrində maliyyə xidmətlərinin təmin olunması nəticəsində poçt hesablarının açılması və aparılması, pulköçürmələri, maliyyə institutlarında, o cümlədən Mərkəzi Bankda müxbir hesabların açılması, ödəniş vasitələrinin, həmçinin debit kartlarının emissiyası, xarici valyutanın alqı-satqısı, nağd vəsaitin və digər qiymətlilərin inkassasiyası icra olunur.
Bundan başqa, “Azərpoçt” öz fəaliyyətində 2005-ci ildən IFS/STEFI beynəlxalq pulköçürmələri sisteminə, 2011-ci ildən “MasterCard” ödəniş sisteminə, 2022-ci ildən “VİSA” ödəniş sisteminə, ölkə daxilində isə XÖHKS-ə, AZİPS, HÖP-ə və digər ödəniş sistemlərinə qoşularaq bu sistemlərin imkanlarından istifadə edir.
“Azərpoçt” ABA-nın üzvü olmaqla, bank sektrounun inkişafını yaxından təqib edir, Assosiasiyanın müxtəlif ekspert qruplarında iştirak edərək təcrübə mübadiləsini həyata keçirir, nəticə etibarilə maliyyə təşkilatı olaraq, qurumun maliyyə xidmətləri üzrə böyüməsini təmin edir.