Ölkədaxili poçt pul köçürmələri “Azərpoçt” MMC-yə məxsus təcili pul köçürmə sistemidir. 2002-ci ilin may ayından yaradılıb və yalnız “Azərpoçt” MMC-nin poçt şöbələri daxilində fəaliyyət göstərir. Bu sistemlə “Azərpoçt” MMC-nin Bakıda və respublikanın istənilən bölgəsində yerləşən bir poçt şöbəsindən digər poçt şöbəsinə ən qısa müddətdə pul köçürmək mümkündür.
Ölkədaxili pul köçürmələrinin üstünlükləri:
- Köçürmə anında çatır
- Köçürmə adi qaydada, ad, soyad, ata adı və ya kod əsasında ödənilir
- Pul köçürməsinin göndərilməsi və ödənilməsi manatla həyata keçirilir
Tariflər
Qeyd:
* Tarif cədvəlində qeyd olunmayan əməliyyatlar və xidmətlər üzrə haqq kontragentlə imzalanmış müqavilə ilə tənzimlənir.