Haqqımızda
Hər bir poçt xidmətinin əsas missiyası insanları bir-birinə daha da yaxınlaşdırmaq və doğmalaşdırmaq və onlara unudulmaz anlar bəxş etməkdir. Müasir elektron vasitələr üzərindən qurulan ünsiyyət vasitələrinin heç biri qeyd edilən bu xüsusiyyətlərə malik olmadığı üçün ənənəvi poçt xidmətləri insanlıq durduqca yaşayacaqdır.
Respublikada iqtisadiyyatın və mədəniyyətin inkişafı, əhalinin sosial vəziyyətinin yaxşılaşması poçt xidmətlərinə olan tələbatı daha da artırıb. Bu dövrdə 1920-ci ilə nisbətən poçt rabitəsi şəbəkələrinin sayı 9 dəfə artaraq 524-ə çatdırılıb. Poçt müəssisələrinin 402 ədədi və ya 76,7%-i kənddə yerləşirdi. Poçt marşrutlarının məsafəsi 1940-cı ildə 2,6 dəfə artaraq 6767 km. təşkil edib.
Azərbaycan poçtunun ən çətin və həm də ən şərəfli dövrü II Dünya müharibəsi illərinə təsadüf edir ki, bu illərdə xüsusilə poçtalyonların fədakarlığını qeyd etmək yerinə düşərdi. Bu dövrdə poçt işçilərinin üzərinə ikiqat məsuliyyət düşürdü, çünki poçt göndərişlərinin həcminin artması və əsgər məktublarının vaxtında ünvanlara çatdırılması bütün mənalarda məsuliyyət və iradə tələb edirdi. Bu çətinliklərə baxmayaraq, müharibə illərində poçt işçiləri öz üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirirdilər.
Dəyərlərimiz:
Qayğı - Biz insanlara xidmət göstəririk və bu xidmətə qayğı da əlavə edərək, kiçik bir hissəsi oldugumuz insanlıq üçün mərhəmətin və sevginin daha güclü xilasedici qüvvə olduğuna inanırıq.
İnkişaf - Biz sürətlə dəyişən mühitə uyğunlaşmağın yeganə şərtinin dəyişmək və inkişaf etmək olduğuna inanır və bunu daimi bir proses kimi görürük.
Əməkdaşlıq - Biz ən kiçik əməkdaşlıqların belə böyük uğurlarla nəticələndiyini bilir və müvəffəqiyyət üçün birgə fəaliyyəti üstün tuturuq.
Dürüstlük - Biz həqiqi uğurların kökündə dürüst bir yanaşmanın olduğuna inanır və dürüstlük nümayiş etdirməkdən çəkinmirik.