Xidmətlər

Pul köçürmələri

Poçt pul köçürmələri

AZN/USD/EUR/RUB
Komissiya haqqı – 0.3%-dən başlayaraq
Valyuta – manat, ABŞ dollar/ avro/ rubl
Maksimal məbləğ – 20.000 USD, 15.000 EUR və ya 600.000 RUB  
Köçürmə müddəti – 1-10 dəqiqə
Əhatə dairəsi – Azərbaycan, MDB ölkələri, Türkiyə, Gürcüstan
Zolotaya Korona təcili pul köçürmə sistemi üzrə

Pul göndərmək üçün tələb olunur:

1. Poçt operatoruna şəxsiyyətinizi təsdiq edən sənədi təqdim etmək(Ölkə vətəndaşları üşün şəxsiyyət vəsiqəsi, xarici vətəndaşlar üçün xarici pasport nəzərdə tutulur);
2. Pul köçürməsi göndəriləcək ölkəni, şəhəri, məbləği, göndəricinin soyadını, adını və ata adını bildirmək;
3. Göndəriləcək məbləği və köçürülmə üçün komissiyanı (tariflərə uyğun olaraq müəyyən edilir) poçt operatoruna təqdim etmək;
4. Göndərilməsi nəzərdə tutulan köçürmənin ərizə formasında qeyd edilən məlumatları yoxlamaq;
5. Məlumatlar düzgün olduğu halda göndərilməsinə icazə verərək müvafiq sənədləri imzalamaq;
6. Poçt əməkdaşı tərəfindən Sizə təqdim olunan 9 rəqəmli nömrə  və məbləğ barədə alıcıya məlumat verərək  qarşı tərəfdə  “Золотая Корона”  pul köçürmə sistemi ilə göndərilən pulu  ala biləcəyi xidmət məntəqələrini  bildirmək.

Pul almaq üçün tələb olunur:  

1. Poçt operatoruna şəxsiyyətinizi təsdiq edən sənədi təqdim etmək (Ölkə vətəndaşları üçün şəxsiyyət vəsiqəsi, xarici vətəndaşlar üçün xarici pasport nəzərdə tutulur);
2. Poçt operatoruna köçürmənin nömrəsini bildirmək;
3. Köçürmənin məbləğini,  ölkəsini və göndəricinin soyadını, adını və ata adını demək.

Xüsusi şərtlər:

• Pul köçürmələri  Azərbaycan Respublikası Mərkəzi Bankının tələblərinə uyğun həyata keçirilir (Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydalar)
• Fiziki şəxslər təqvim ayı ərzində 20 000 (iyirmi min) АBŞ dоllаrı ekvivalentini aşmamaq şərti ilə hesab açmadan ölkə xaricinə pul göndərişi həyata keçirə bilər.

support chat